SON DƏQQƏ

naxcivanxeberleri.com

Yupiterdən üç dəfə böyük planet aşkar edilib

Yupiterdən üç dəfə böyük planet aşkar edilib
4-05-2020, 13:19

“The Astronomical Journal”da yer alan tədqiqat işinə əsasən, astronomlar kütləsi Yupiterdən 3 dəfə böyük olan Kepler-88 d planetini aşkar ediblər. 

NAXCİVANXEBERLERİ.COM AMEA-nın rəsmi səhifəsinə istinadən xəbər verir ki, “Kosmik pəhləvan” Kepler-88 sistemində, Yer kürəsindən 1243 işıq ili məsafədə yerləşir. 

Planet öz ulduzu ətrafında hər dörd ildən bir dövr edir. Onun orbiti yumru deyil, elliptikdir. Bu Kepler-88 sistemində aşkar edilmiş dördüncü planetdir. Alimlər əmindirlər ki, kəşf bu planetlərin qarşılıqlı təsirini daha yaxşı öyrənməyə imkan verəcək.

Qeyd edək ki, astronomların yeni planeti aşkar etməsinə altı il vaxt sərf olunub. Belə ki, onlar bu illər ərzində məlumatları KEK 1 teleskopundan yüksək ayırdetmə dəqiqlikli HIRES spektrometri vasitəsilə tədqiq ediblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930