SON DƏQQƏ

naxcivanxeberleri.com

Ermənistanda koronavirus xəstələrinin vəziyyəti ağırlaşdı

Ermənistanda koronavirus xəstələrinin vəziyyəti ağırlaşdı
3-05-2020, 19:22

Ermənistanda koronavirusa yoluxmuş 35 pasiyentin vəziyyəti son dərəcə ağırdır, onlardan 9-u süni nəfər aparatına qoşulub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.

"Bu gün 65 koronavirus xəstəsi ağır vəziyyətdədir. Onlardan 35-nin vəziyyəti son dərəcə ağırdır. Xəstələrdən 9-u süni nəfər aparatına qoşulub", - nazir “facebook”da canlı yayımda deyib.

Onun sözlərinə görə, bu, hələlik səhiyyə sistemi üçün çox böyük yüklənmə deyil.

Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə martın 16-dan mayın 14-dək fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə koronavirusa 2 386yoluxma aşkarlanıb, COVID-19-a yoluxmuş 1 035 nəfər sağalıb, 35 pasiyent ölüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930