SON DƏQQƏ

naxcivanxeberleri.com

Kim Çen In son 20 gündə ilk dəfə ictimaiyyət qarşısına çıxıb - FOTO

Kim Çen In son 20 gündə ilk dəfə ictimaiyyət qarşısına çıxıb - FOTO
2-05-2020, 09:08

Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Sunçxondakı gübrə zavodunun açılış mərasimində iştirak edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi bildirib.

Bu, dövlət başçısının 20 gün ərzində ilk dəfə ictimaiyyət qarşısında çıxmasıdır.

"Hörmətli ali sədr, yoldaş Kim Çen In mərasimdə iştirak edərək tikintinin tamamlanmasının rəmzi olan lenti şəxsən kəsdi", - agentlik qeyd edib.

Koreya Xalq Demokratik Respublikasının mətbuatı eyni zamanda Kim Çen Inın 1 May mərasimindəki fotosunu da yayımlayıb. Fotoda KXDR liderinin hər hansı xəstəlikdən əziyyət çəkməsinin əlaməti görünmür.

Daha əvvəl ölkənin “Nodon sinmun” qəzeti bildirib ki, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri sənədlərlə işləməyə davam edir. O, Vonsan-Kalmanın şərq sahilində turizm zonasının inşaatçılarına minnətdarlıq məktubu göndərib.

 

Kim Çen In son 20 gündə ilk dəfə ictimaiyyət qarşısına çıxıb - FOTOKim Çen In son 20 gündə ilk dəfə ictimaiyyət qarşısına çıxıb - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930