SON DƏQQƏ

naxcivanxeberleri.com

"Formula 1": Daha bir Qran-pri təxirə salına bilər

"Formula 1": Daha bir Qran-pri təxirə salına bilər
30-04-2020, 19:43

31 iyul - 2 avqust tarixlərinə planlaşdırılan "Formula 1" üzrə Macarıstan Qran-prisinin keçirilməsi sual altına düşüb.

NAXCİVANXEBERLERİ.COM-un "Reuters"ə istinadən məlumatına görə, buna ölkədə avqustun 15-dək 500-dən çox insanın iştirakı ilə idman tədbirlərinin qadağan olunması qərarı səbəb olub.

Bildirilib ki, Macarıstandakı yarış təxirə salınmasa belə, azarkeşsiz baş tutacaq.

Həmçinin oktyabrın əvvəlində keçirilməsi nəzərdə tutulan Yaponiya Qran-prisinə də tamaşaçıların buraxılmayacağı gözlənilir. İddiaya görə, yerli təşkilat komitəsi artıq bilet satışını dayandırıb.

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930