SON DƏQQƏ

naxcivanxeberleri.com

Türkiyədən ABŞ-a ikinci tibbi yardım səfəri

Türkiyədən ABŞ-a ikinci tibbi yardım səfəri
30-04-2020, 15:21

Türkiyənin yeni növ koronavirus (COVID-19) pandemiyasının təsirinə ən çox məruz qalan ölkələrdən biri olan ABŞ-a tibbi yardım daşıyan ikinci hərbi yük təyyarəsi Ankaradan havaya qalxıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatıyla Türkiyə COVID-19-la mübarizəyə dəstək məqsədilə dünya üzrə epidemiyanın təsirinə ən çox məruz qalan ölkələrdən biri olan ABŞ-a maska, qoruyucu tibbi ləvazimat, kombinezon və dezinfeksiya edici məhlul olmaqla qabaqlayıcı tibbi ləvazimat göndərib.

Milli Müdafiə və Səhiyyə nazirliklərinin hazırladığı ləvazimatlar “Etimesgut” hərbi aerodromunda C-130 tipli təyyarəyə yüklənib.

ABŞ-a yola düşmək üçün havaya qalxan təyyarənin apardığı yüklərin üzərində Mövlanənin türkcə və ingiliscə “Ümidsizliyin ardında necə ümidlər var, qaranlığın ardında necə günəşlər var” sözləri yazılıb.

ABŞ-a tibbi yardım daşıyan təyyarə Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran və ABŞ-ın Türkiyədəki səfiri David Satterfield ilə Türk və ABŞ hərbi rəsmiləri tərəfindən yola salınıb.

Türkiyə iki gün əvvəl də ABŞ-a tibbi yardım ləvazimatı göndərmişdi.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus yük təyyarələri İspaniya, İtaliya, İngiltərə, Serbiya, Kosovo, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro, Liviya, Somali və Cənubi Afrika Respublikasına da yardım göndərib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930