SON DƏQQƏ

naxcivanxeberleri.com

Avropada daha bir ölkə çempionatın bərpa vaxtını açıqladı

Avropada daha bir ölkə çempionatın bərpa vaxtını açıqladı
30-04-2020, 12:11

Futbol üzrə İsveçrə Super Liqasının bərpa tarixi müəyyənləşib.

NAXCİVANXEBERLERİ.COM-un yerli mətbuata istinadən verdiyi məlumata görə, hökumət rəsmiləri çempionatın iyunun 8-də qaldığı yerdən davam edəcəyini açıqlayıb.

Mayın 11-dən klublara məşq üçün icazə veriləcəyi və oyunların azarkeşsiz keçiriləcəyi vurğulanıb.

Bununla yanaşı, Super Liqanın startı üçün klubların qarşısına şərt qoyulub. Bildirilib ki, pandemiya ilə bağlı vəziyyət yenidən pisləşərsə, çempionatın bərpası deyilən tarixdə mümkün olmayacaq.

Qeyd edək ki, İsveçrə Super Liqasının oyunları martın 3-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930