SON DƏQQƏ

naxcivanxeberleri.com

İtaliya çempionatında cari mövsüm ləğv oluna bilər

İtaliya çempionatında cari mövsüm ləğv oluna bilər
29-04-2020, 18:33

"İtaliyanın futbol klubları cari mövsümü vaxtından əvvəl bitirib növbəti çempionata üstünlük verməyi təklif edə bilərlər".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə ölkənin idman naziri Vinçentso Spadafora "La 7" telekanalına açıqlamasında bildirib.

Onun fikrincə, Fransa futbolunda verilən qərarlar yerli federasiyanı da oxşar addımlar atmağa məcbur edə biləcək.

Nazirin sözlərinə görə, A Seriyasının nümayəndələri ilə növbəti görüşdə sürprizlər ola bilər: "Klubların əksəriyyəti növbəti mövsümə daha yaxşı hazırlaşmaq üçün bizdən cari çempionatı vaxtından tez bitirməyi xahiş edə bilərlər".

Qeyd edək ki, Fransa hökuməti koronavirus pandemiyası səbəbindən sentyabra qədər ölkədə idman yarışlarının keçirilməsinə qadağa qoyub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930