SON DƏQQƏ

naxcivanxeberleri.com

Bolqarıstan yay turizm mövsümünün başlama tarixini açıqladı

Bolqarıstan yay turizm mövsümünün başlama tarixini açıqladı
28-04-2020, 14:41

Bolqarıstan hökuməti yay turizm mövsümünü iyulun 1-də açmaq niyyətindədir.

NAXCİVANXEBERLERİ.COM Bolqarıstan Milli Radioya (BNR - Radio Bulgaria) istinadən xəbər verir ki, bu barədə turizm naziri Nikolina Angelkova bildirib. 

Nazir iyun ayının ortalarından etibarən gec yay mövsümünə hazırlıqlara başlayacaqlarını da qeyd edib.

Turizm sektorunun payına ÜDM-in 12 faizi, iş yerlərinin də 11 faizinin düşdüyü üçün koronavirusun yaratdığı böhran vəziyyətindən qısa zamanda qurtularaq canlanmasının vacibliyini dilə gətirən nazir sektorun birləşməsi və yüksək keyfiyyətli yerli turizm zərflərinin hazırlanmasına çağırıb.

Qeyd edək ki, son məlumata görə Bolqarıstanda COVID-19 vurusuna yoluxanlar 1 387 nəfər, ölənlər 58nəfərdir. Mart ayının 13-dən ölkədə bir ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib, sonradan may ayının 13-dək uzadılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930