SON DƏQQƏ

naxcivanxeberleri.com

Ermənistanda koronavirusa yoluxanların sayı 1867-yə çatıb, 30 nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 1867-yə çatıb, 30 nəfər ölüb
28-04-2020, 11:19

Ermənistanda daha 59 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər virusdan ölüb. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 867-yə, ölümlərin sayı isə 30-a yüksəlib.

Qeyd edək ki, aprelin 27-nə olan məlumata görə, ölkədə bir gündə 62yoluxma faktı və 1 ölüm qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 065 000-i ötüb. Bunların 923 062 nəfəri sağalıb, 211 658 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930