SON DƏQQƏ

naxcivanxeberleri.com

Əfqanıstan hakimiyyəti 12 mindən çox məhbusu həbsxanalardan buraxacaq

Əfqanıstan hakimiyyəti 12 mindən çox məhbusu həbsxanalardan buraxacaq
27-04-2020, 22:15

Əfqanıstan hakimiyyəti yeni koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkədəki həbsxanalarda saxlanan 12 mindən çox məhbusu azad etmək barədə qərar qəbul edib.

NAXCİVANXEBERLERİ.COM Əfanıstanın The Khaama Press agentliyinə istinadla xəbər verir ki, Həbsxana Məsələləri üzrə Hökumət Departamentinin rəhbəri Əhməd Rəşid Tutahayın sözlərinə görə, ölkə Prezidenti Əşrəf Qaninin amnistiya qərarı üzrə 12 min 399 məhbus azadlığa çıxacaq. Məhbusların azad edilməsi prosesi may ayının ilk günlərində başlayacaq.

Martın 26-da Əfqanıstan Prezidenti Əşrəf Qani yerli həbsxanalarda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə 10 min məhbusun amnistiyası barədə fərman imzalayıb. Artıq fərmana uyğun olaraq 6 min nəfər azadlığa buraxılıb.

Koronavirusun yayılması ilə mübarizə çərçivəsində martın 28-dən etibarən Kabildə və ölkənin bir sıra iri şəhərlərində izolyasiya rejimi tətbiq edilir. Vətəndaşlara ehtiyac yaranmadıqca evlərindən çıxmaq qadağan edilib və böyük qruplar halında toplanmamaq tövsiyə olunub.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 18:50-yə olan məlumatına əsasən, dünyada 3 milyon 16 mindən çox yoluxma və 207 min 971 ölüm faktı qeydə alınıb, 888 min 551 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Əfqanıstanda yeni koronavirusa yoluxanların sayı 1700 nəfəri ötüb, 57 nəfər isə bu xəstəlik səbəbindən həyatını itirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930