SON DƏQQƏ

naxcivanxeberleri.com

Bağdad və Vaşinqton ABŞ qoşunlarının İraqdan tamamilə çıxarılmasını müzakirə edəcəklər

Bağdad və Vaşinqton ABŞ qoşunlarının İraqdan tamamilə çıxarılmasını müzakirə edəcəklər
26-04-2020, 18:53

Bağdad və Vaşinqton iyun ayında ABŞ qoşunlarının İraq ərazilərindən tamamilə çıxarılmasının konkret qrafikini müzakirə edəcəklər.

NAXCİVANXEBERLERİ.COM-un "TASS"a istinadən verdiyi məlumata görə, bunu İraq ordusunun baş komandanının rəsmi nümayəndəsi general Abdel Kərim Xələf deyib.

K.Xələf bildirib: "Bağdad və Vaşinqton iyunda keçiriləcək danışıqlarda ABŞ qüvvələrinin İraqdan tamamilə çıxarılmasının qrafikini nəzərdən keçirəcəklər".

Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar ABŞ-İraq görüşlərinin keçirilməsi qərarı "ölkə parlamentinin xarici qoşunların İraqdan tamamilə çıxarılmasının zəruriliyi ilə bağlı qərarı" əsasında qəbul edilib.

K.Xələf vurğulayıb ki, ABŞ qoşunlarının İraqdan çıxarılmasından sonra iki ölkə arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq davam etdiriləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930