SON DƏQQƏ

naxcivanxeberleri.com

Estoniyada Azərbaycan Evi fəaliyyətə başlayıb

Estoniyada Azərbaycan Evi fəaliyyətə başlayıb
25-04-2020, 14:18

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Estoniyanın paytaxtı Tallinn şəhərində Azərbaycan Evi fəaliyyətə başlayıb.

Dövlət Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məluamta görə, Azərbaycan Evi Tallinn şəhərinin mərkəzi küçələrindən hesab edilən Estoniya prospekti 15 ünvanında yerləşir. Evin fəaliyyət göstərdiyi bina, şəhərin tarixi memarlıq abidələrindən hesab edilir. Burada Estoniya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün zəngin mədəniyyətimiz, incəsənətimiz və turizm imkanlarımız barədə müxtəlif tədbirlərin təşkili nəzərdə tutulub.

Azərbaycan evinin fəaliyyət istiqamətlərinə dil kurslarının təşkili də daxildir. Burada yaradılacaq kitabxanada qonaqlar Azərbaycan ədəbiyyatının klassiklərinin, müasir ədəbiyyatımızın görkəmli yazıçı və şairlərinin əsərləri ilə tanış ola biləcəklər. Azərbaycan Evində yaxın gələcəkdə musiqi və poeziya axşamlarının, o cümlədən müxtəlif sərgilərin də təşkil olunması nəzərdə tutulur.

Evin yaradılmasında başlıca məqsədlərdən biri Estoniyada yaşayan və təhsil alan azərbaycanlıların həmrəyliyini möhkəmləndirmək, diaspor fəaliyyətinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.

Azərbaycan Evi ölkəmizin tanıdılması istiqamətində görülən işləri intensivləşdirmək, Estoniyanın mədəniyyət və turizm qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirmək, bu ölkədə fəaliyyət göstərən digər mədəniyyət mərkəzləri ilə sıx əlaqələr qurmaq və mədəniyyətlərarası əməkdaşlığı gücləndirmək üçün yeni imkanlar yaradır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930