SON DƏQQƏ

naxcivanxeberleri.com

Qazanxanaların qazla təminatı müddəti uzadıldı

Qazanxanaların qazla təminatı müddəti uzadıldı
23-04-2020, 20:31

Qazanxanaların qazla təminatı müddəti uzadılıb.

“Azəriqaz” İstehsalat Birliyindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, ölkə ərazisindəki qazanxanaların qazla təminatı 30 aprel 2020-ci il tarixinədək davam etdiriləcək.

Beləliklə, 25 aprel tarixində başa çatması nəzərdə tutulan istilik mövsümü daha 5 gün artırılıb. Müvafiq tədbirlərin görülməsi üçün Birliyin baş direktoru Ruslan Əliyev tərəfindən müvafiq strukturlara dərhal tapşırıqlar verilib.

Məlum olduğu kimi Koronavirus (COVID-19) infeksiyasının respublika ərazisində geniş yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejimi may ayının 4-dək uzadılıb. Bu müddət ərzində insanların fərdi yaşayış evləri və mənzillərdən çıxışına məhdudiyyət qoyulub. Eyni zamanda havanın orta sutkalıq temperaturunun aşağı olduğu müşahidə edilməkdədir. Azərbaycan Respublikası Energetika Nazirliyindən “Azəriqaz” İstehsalat Birliyinə daxil olan rəsmi məktubda qeyd edilir ki, bütün yuxarıda sadalanan hallar nəzərə alınaraq vaxtı 15 apreldən 25 aprelədək uzadılan istilik mövsümü daha 5 gün artırılaraq 30 aprel tarixinədək davam edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930