SON DƏQQƏ

naxcivanxeberleri.com

Türkiyə Böyük Millət Məclisinin yaradılmasından 100 il ötür

Türkiyə Böyük Millət Məclisinin yaradılmasından 100 il ötür
23-04-2020, 12:00

1920-ci ilin bu günündə Ankarada Türkiyə Böyük Millət Məclisi (TBMM) fəaliyyətə başlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 23 aprel 91 ildir ölkədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd edilir.

Məclis 1920-ci ilin 23 aprel tarixində yerli vaxtla saat 13:45-də 115 millət vəkilinin iştirakı ilə açılıb. Həmin ilin aprelin 24-də Mustafa Kamal (1934-cü ildən Atatürk) yekdilliklə TBMM-nin sədri seçilib.

Bayramla əlaqədar bu gün Türkiyə Böyük Millət Məclisi xüsusi gündəmlə toplanacaq. Bugünkü iclasda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, Millətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, Xalqların Demokratiyası Partiyasının (HDP) həmsədri Mithat Sancar və müşahidəçi olaraq İYİ Partiyanın sədri Meral Akşenerin iştirakı gözlənilir. Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan toplantıya qatılmayacaq.

Qeyd edək ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyədən başqa Şimali Kipr Türk Respublikasında da rəsmi bayramdır. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930