SON DƏQQƏ

naxcivanxeberleri.com

Ermənistanda koronavirus daşıyıcılarının sayı artdı

Ermənistanda koronavirus daşıyıcılarının sayı artdı
22-04-2020, 11:14

Ermənistanda daha 72 nəfərdə koronavirus aşkarlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 473-ə çatıb. Ölkədə indiyədək virusdan 24 nəfər ölüb.

Bildirilib ki, indiyədək 633 nəfər virusdan sağalıb.

Qeyd edək ki, aprelin 20-nə olan məlumata görə, ölkədə bir gündə 62 yoluxma faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 558 000-i ötüb. Bunların 695 872 nəfəri sağalıb, 177 704 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930