SON DƏQQƏ

naxcivanxeberleri.com

Kanadada atışma zamanı öldürülənlərin sayı 23-ə yüksəlib

Kanadada atışma zamanı öldürülənlərin sayı 23-ə yüksəlib
22-04-2020, 04:30

Kanadanın Yeni Şotlandiya əyalətində aprelin 19-na keçən gecə 51 yaşlı Qabriel Uortman tərəfindən törədilən atışma qurbanlarının sayı 23-ə çatıb.

 

NAXCİVANXEBERLERİ.COM-un Tass-a istinadən verdiyi məlumata görə, hadisə Kanada tarixində 1989-cu ildə 14 nəfərin öldürüldüyü Monreal Politexnik İnstitutunda baş verən atışmadan sonra ən böyük kütləvi qətl olub.

Qeyd olunur ki, ölənlər arasında 17 yaşlı qızın cəsədi tapılıb. "Digər bütün zərərçəkənlər orta yaşlı kişilər və qadınlardır", - polis bildirib. Uortmanın yeni qurbanlarının ola biləcəyi barədə məlumat dəqiqləşdirməyib.

Aprelin 20-də əyalətin polis başçısı Kris Lezer 18 ölü olduğu barədə bildirdi, lakin Q.Uortman ən azı beş yaşayış binasını və digər tikililəri yandırdığından "yaxın günlərdə qurbanların sayının arta biləcəyini" xəbərdar etdi.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930