SON DƏQQƏ

naxcivanxeberleri.com

Gürcüstanda ilk onlayn şahmat çempionatı keçiriləcək

Gürcüstanda ilk onlayn şahmat çempionatı keçiriləcək
21-04-2020, 17:07

Gürcüstanın Şahmat Federasiyası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş sponsorluğu ilə aprelin 23-də ölkədə ilk onlayn şahmat çempionatı təşkil edəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən bildirilib.

Yarışın keçirilməsində məqsəd şahmatın Gürcüstanda populyarlaşdırılması və dünyada koronavirus pandemiyasına görə dayandırılmış turnirlərin onlayn məkana keçirilməsidir.

Çempionatda iştirak etmək istəyənlər qeydiyyatdan keçməli və Şahmat Federasiyasının onlayn klubuna daxil olmalıdırlar.

Şahmat yarışı FIDE qaydaları üzrə İsveçrə sisteminə əsasən 17 turda keçiriləcək. Qaliblər topladıqları ballara görə müəyyən olunacaq. Turnirin uduş fondu 30 min lari təşkil edir. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930