SON DƏQQƏ

naxcivanxeberleri.com

İranda ticarət mərkəzləri və mağazalar açıldı

İranda ticarət mərkəzləri və mağazalar açıldı
20-04-2020, 15:32

Bu gündən etibarən İran hökuməti koronavirusla əlaqədar tətbiq edilən sərt karantin rejimini yumşaltmağa başlayıb. 

NAXCİVANXEBERLERİ.COM “Associated Press”ə istinadən xəbər verir ki, artıq beynəlxalq magistral yollar, həmçinin ticarət mərkəzləri və mağazalar açılıb. 

Obyektlər yerli vaxtla saat 18:00-dək fəaliyyət göstərə biləcək.

Bununla belə, restoran, idman zalı və digər ictimai müəssisələrin fəaliyyəti hələlik bərpa edilməyib.

Ramazan ayının gəlməsinə baxmayaraq, məscid və digər dini obyektlər də bağlı olaraq qalır.

Xatırladaq ki, rəsmi məlumata görə, İranda indiyədək koronavirusa yoluxanların sayı 83,5 mini ötüb. Bunlardan 59 273 nəfər virusdan sağalsa da, 5 209 nəfər ölüb.  

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930