SON DƏQQƏ

naxcivanxeberleri.com

Tramp: “İran xahiş etsə yardım edərəm”

Tramp: “İran xahiş etsə yardım edərəm”
20-04-2020, 07:11

ABŞ süni ağciyər ventilyasiya aparatlarının təmin edilməsi də daxil olmaqla, COVID-19-un yayılmasına qarşı mübarizədə İrana kömək etməyə hazırdır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

“İranın koronavirusla mübarizədə köməyə ehtiyacı varsa, istəsələr, xahiş etsələr bir şey etməyə hazır olardım. Ağciyər ventilyasiya aparatlarına ehtiyacları varsa, indi əlimizdə minlərlə aparatlar var, həmçinin istehsal prosesində olan cihazlarımız da mövcuddur. Şübhəsiz ki, kömək etməyə hazır olardıq” deyə, Vaşinqton administrasiyasının rəhbəri bildirib.

Qeyd edək ki, bundan əvvəl İran ABŞ-ın tibbi yardım təklifini rədd etmişdi. İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın təklifinə Tehranın ehtiyacı olmadığını bildirib.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930