SON DƏQQƏ

naxcivanxeberleri.com

ABŞ kiçik biznesi dəstəkləmək üçün 300 milyard dollar ayıracaq

ABŞ kiçik biznesi dəstəkləmək üçün 300 milyard dollar ayıracaq
19-04-2020, 19:40

ABŞ hakimiyyəti yaxın günlərdə yeni növ koronavirus səbəbi ilə zərər çəkən kiçik müəssisələrə dəstək üçün əlavə 300 milyard dollar ayırmağı planlaşdırır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə ölkənin maliyyə naziri Stiven Mnuçin bildirib.

"Ümid edirik ki, ABŞ Konqresi yaxın vaxtlarda əlavə vəsait ayrılmasını təsdiqləyəcək. Təxmini hesablamalarımıza görə, hər kəsin yardım alması üçün 300 milyard dollar kifayət edəcək", - nazir deyib.

O qeyd edib ki, səlahiyyətlilər hakimiyyətdə ABŞ-ın kiçik biznes üzrə idarəsinin fövqəladə hallar vəziyyətində kredit proqramı çərçivəsində 50 milyard dollar ayrılması barədə razılığa gələ biliblər.

ABŞ Prezidenti Donald Tramp 27 martda koronavirusun yayılmasının nəticələrinin aradan qaldırılmasına yönələn 2 trilyon dollardan çox dəyəri olan iqtisadi stimullaşdırma tədbirləri haqqında qanun imzalayıb. Sənədə əsasən, işsizlik müavinətlərinin ödənilməsi, xəstəxanalara yardım, biznes və digər sahələrə dəstək üçün 350 milyard dollar ayrılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930