SON DƏQQƏ

naxcivanxeberleri.com

Hindistanda koronavirus xəstələrinin sayı 15 min nəfəri ötdü

Hindistanda koronavirus xəstələrinin sayı 15 min nəfəri ötdü
19-04-2020, 10:16

Hindistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 1,3 min nəfər təşkil edib.

NAXCİVANXEBERLERİ.COM RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, bununla da ölkədə koronavirus xəstələrinin sayı 15 712 nəfərə çatıb.

Hazırda 12 974 nəfər müalicə edilir, virusa yoluxmuş 2 230 nəfər sağalıb, 507 nəfər pandemiyanın qurbanı olub.

Nazirlik ölkənin koronavirusa yoluxmanın ən çox qeydə alındığı 170 rayonunu “qaynar nöqtə” elan edib. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930