SON DƏQQƏ

naxcivanxeberleri.com

Böyük Britaniya koronavirus vaksini istehsal etməyə başlayacaq

Böyük Britaniya koronavirus vaksini istehsal etməyə başlayacaq
19-04-2020, 06:42

Böyük Britaniya COVD-19 əleyhinə hələ kliniki tədqiqatlardan keçməyən vaksin istehsal edəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Oksforddakı Cennerovsk İnstitutunun direktoru Adrian Hillə istinadən "SkyNews" telekanalı bildirib.

Alim qeyd edib ki, bu addımın məqsədi sentyabrda milyon ədəd vaksin istehsal etmək və dərmanın effektivliyini sübut edəcəyi təqdirdə onun istifadəsinə başlamaqdır. "Hələlik bu sınaqlar davam edir, biz risklə istehsala başlamalıyıq, testlər uğursuzluğa düçar ola bilər", - Hill deyib.

Onun sözlərinə görə, alimlər sentyabrda dərmanın milyon doza ətrafında hazır olacağını gözləyirlər. Bu halda Hill onun şanslarını da qiymətləndirib. Alim bildirib ki, yeni vaksin 80 faiz müvəffəqiyyətli olacaq.

Qeyd edək ki, vaksin "ChAdOx1 nCoV-19" adını alıb. Dərman şimpanzenin zərərsiz virusu əsasında istehsal edilir. Onun tərkibinə koronavirus kodunun genetik hissəsi əlavə edilib. Belə texnologiya daha əvvəl başqa xəstəliklərə qarşı immunitetin yaradılmasında effektivliyi göstərib.

Britaniya COVID-19 pandemiyasından zərər çəkən ölkələrdən biridir. Son gündə bu ölkədə 888 nəfər COVID-19-un qurbanı olub.

Bununla da Birləşmiş Krallıqda xəstəlikdən ölənlərin sayı 15 464-ə çatıb. Yoluxma faktlarının sayı daha 5 526 nəfər artaraq 114 217-yə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930