SON DƏQQƏ

naxcivanxeberleri.com

Çində pandemiyanın ilk ocağı aşağı riskli region elan edildi

Çində pandemiyanın ilk ocağı aşağı riskli region elan edildi
18-04-2020, 19:45

Pandemiyanın ilk ocağı sayılan Çinin Hubey əyaləti epidemioloji təhlükənin aşağı səviyyədə olduğu region elan edilib.

NAXCİVANXEBERLERİ.COM-un "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Gigiyena və Səhiyyə məsələri üzrə yerli Komitədən bildiriblər.

Məlumata əsasən, əyalətə bu status Uhan şəhərində vəziyyət stabilləşdikdən sonra verilib. Hazırda Hubey əyalətinin bütün 76 şəhəri və rayonu yaşıl rənglə qeyd edilib, bu isə regionun tam təhlükəsiz olduğunu göstərir.

Bildirilir ki, Hubey əyalətinin artıq Çinin digər əyalətləri ilə nəqliyyat əlaqəsi bərpa edilib. Hakimiyyətin dəstəyi ilə regionda iqtisadi vəziyyət də bərpa olunur.

Qeyd edilir ki, regionda koronavirus infeksiyasına yoluxma ehtimalı hazırda çox azdır.

Rəsmi statistikaya əsasən, 2019-cu ilin dekabr ayının sonundan Hubeydə koronavirusa 68 min nəfər yoluxub. Onlardan 63,5 mini sağalıb, təxminən 4,5 mini isə ölüb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930