SON DƏQQƏ

naxcivanxeberleri.com

Dünyada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötdü
17-04-2020, 17:00

Dünyada koronavirusdan 558 150 nəfəri sağalıb, 147 757 nəfər isə ölüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, indiyədək 2 200 322 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (671 475), İspaniya (188 068) və İtaliyada (168 941) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 74 392 nəfər yoluxub, 1 643nəfər ölüb. İranda isə 79 494 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 4 958 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, aprelin 16-na olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 1 283-dür. İndiyədək ölkəmizdə 15 nəfər virusun qurbanı olub.

Xatırladaqki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930