SON DƏQQƏ

naxcivanxeberleri.com

Ermənistanda koronavirusa yoluxanların sayı 1 200-ü ötdü, 19-u öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 1 200-ü ötdü, 19-u öldü
17-04-2020, 11:09

Ermənistanda koronavirusa yoluxanların sayı 1 201-ə çatıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliyə Nəzarət və Profilaktikası Mərkəzi yayıb.

Son sutkada ölkədə virusa 42 yoluxma halı qeydə alınıb. Ötən sutkada koronavirusdan daha 1 nəfər ölüb. Beləliklə, pandemiya qurbanlarının sayı 19-a yüksəlib. 402 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Hazırda ölkədə 780 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 184 000-i ötüb. Bunların 553 039 nəfəri sağalıb, 146 897 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930