SON DƏQQƏ

naxcivanxeberleri.com

Qazaxıstan qonşu ölkələrə humanitar yardım göstərir

Qazaxıstan qonşu ölkələrə humanitar yardım göstərir
17-04-2020, 10:39

Humanitar yardım dünya birliyi üzvlərin qarşılıqlı yardımın göstərilməsi üzrə ümumi qəbul edilmiş beynəlxalq təcrübədir. Bu gün COVID-19 qlobal pandemiyası şəraitində bir çox ölkələr müasir dövrün çağırışı ilə mübarizənin imkanların artırılması məqsədilə müxtəlif yardım göstərirlər. Qazaxıstanda da bu işdə fəal şəkildə iştirak edir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, pandemiyaya qarşı mübarizə dövründə qonşulara iqtisadi yardım göstərilməsinə səy göstərərək, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qırğızıstana və Tacikistana ümumi dəyəri 3 milyon ABŞ dolları olan hərəsinə 5 min ton Qazaxıstan unu humanitar yardım kimi göndərməyi qərar verib.

Qərar əhalini ərzaqla kəsintisiz təmin edilməsi üçün Qırğızıstanın və Tacikistanın rəsmi müraciətləri ilə bağlı qəbul edilib.

Qazaxıstan Prezidenti K.Tokayevlə telefon danışığı zamanı Tacikistan Prezidenti Emomali Raxmon hamı üçün çətin dövründə tacik xalqına dəstəyə və humanitar yardımın göstərilməsinə görə təşəkkürünü bildirib. O, həmçinin Tacikistan vətəndaşların Vətənə qaytarılmasında köməklik göstərilməsinə və Qazaxıstan ərazisi ilə yüklərin tranzitinə görə minnətdarlığını bildirib.

Eyni zamanda, Qazaxıstanın və Qırğızıstanın Xarici İşlər Nazirləri Muxtar Tileuberdi və Çinqiz Aydarbekovun telefon danışığı zamanı qırğız tərəfi humanitar yardımın göstərilməsinə görə Qazaxıstana səmimi təşəkkürünü bildirib.

Yaxın zamanda sözügedən yüklər Qırğızıstana və Tacikistana müfaviq yerlərə çatdırılacaq.

Qazaxıstan, dünya birliyinin məsuliyyətli üzvü olaraq, qlobal koronavirus pandemiyası zamanı qıraqda qalmır və tərəfdaş ölkələrə tələb olunan humanitar yardımını göstərməyə davam edir. Belə ki, hələ cari ilin fevral ayında Qazaxıstan COVID-19 epidemiyasının ortasında Çinə dəstək göstərən ilk ölkələrdən biri olaraq, bu ölkəyə bir neçə tibbi qorunma vasitələri göndərib.

Ümumiyyətlə, humanitar yardımın göstərilməsi Qazaxıstanın xarici siyasətinin əsas istiqamətlərdən biridir. Ötən illər ərzində Qazaxıstan Antiqua və Barbuda, Əfqanıstan, Banqladeş, Qırğızıstan, Moldova, Monqolustan, Myanma, Pakistan, Serbiya, Suriya, Türkiyə, Yaponiya və s. ölkələrə müxtəlif yardım göndərib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930