SON DƏQQƏ

naxcivanxeberleri.com

“Joğovurd”: Ermənistan MN-in əməkdaşları yoxsullar üçün nəzərdə tutulan yardımı oğurlayıblar

“Joğovurd”: Ermənistan MN-in əməkdaşları yoxsullar üçün nəzərdə tutulan yardımı oğurlayıblar
17-04-2020, 05:18

Aprelin 14-də erməni erməni deputat Sipan Paşinyan sosial şəbəkədə “Ukraynalı (İcevan mənşəli) iş adamı Andranik Qazaryan tərəfindən maliyyələşdirilməklə 1100 ehtiyacı olan ailəyə əsas ərzaq məhsullarından ibarət sosial yardım göstəririk” deyərək bir şərh yazıb.

 

Ermənistanın “Joğovurd” nəşrinin məlumatına görə, yoxsullar üçün nəzərdə tutulan həmin bu qida məhsulları Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlarının diqqətini çəkib və gecə saatlarında ərzaq torbalarını qarət etmək qərarına gəliblər.

Məlumata görə, aprelin 14-nə keçən gecə, İcevan şəhər 4 nömrəli məktəbin gözətçisi Karen Mkrtumyan, polisdə xəbərdarlıq edərək, məktəbdə yardım ləvazimatları olduğunu və bəzi insanların ona hücum etdiyini, əşyaların bir qismini binadan çıxardıqlarını bildirib.

Daha sonra soyğunçuluq edən şəxslərin Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları Qeğam Saruxanyan, Qarik Petrosyan və Erik Meliksetyan adı hərbi qulluqçular olduğu məlum olub. Onlar polis tərəfindən saxlanılıblar.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930