SON DƏQQƏ

naxcivanxeberleri.com

Ermənistanda koronavirusdan daha bir nəfər ölüb

Ermənistanda koronavirusdan daha bir nəfər ölüb
16-04-2020, 11:22

Ermənistanda koronavirusa yoluxanların sayı 1 159-a çatıb.

NAXCİVANXEBERLERİ.COM  “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliyə Nəzarət və Profilaktikası Mərkəzi yayıb.

Məlumata görə, son sutkada ölkədə virusa 48 yoluxma halı qeydə alınıb. Ötən gün koronavirusdan daha 1 nəfər ölüb. Beləliklə, pandemiya qurbanlarının sayı 18-yə yüksəlib. 

358 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 084 000-i ötüb. Bunların 515 243 nəfəri sağalıb, 134 677 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930