SON DƏQQƏ

naxcivanxeberleri.com

Şotlandiyada çempion elan edildi

Şotlandiyada çempion elan edildi
16-04-2020, 09:27

Şotlandiyanın səviyyəcə ikinci futbol çempionatı olan Çempionşipdə qalib müəyyənləşib. 

NAXCİVANXEBERLERİ.COM Şotlandiya Peşəkar Futbol Liqasının (SPFL) rəsmi saytına istinadən xəbər verir ki, liqada mövsüm vaxtından əvvəl başa çatıb. Yarışın qalibi "Dandi Yunayted" elan olunub və bu klub əsas çempionata - Premyer Liqaya vəsiqə qazanıb. 

Şotlandiyada Liqa 1 və Liqa 2-nin çempionları isə müvafiq olaraq "Reyt Rovers" və "Koub Reyncers"dir. 

Qeyd edək ki, Şotlandiya Premyer Liqasında mövsümlə bağlı qərar hələ verilməyib. Çempionat iyunun 10-dək uzadılıb. Çempionşip 36 turdan ibarətdir. Əsas rəqibindən bir oyun çox keçirən "Dandi Yunayted" 28 matçdan sonra 59 xal toplayıb. 27 oyun keçirən "İnverness" isə 45 xalla ikinci olub. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930