SON DƏQQƏ

naxcivanxeberleri.com

“Amazon”un Fransadakı anbarları bağlanır

“Amazon”un Fransadakı anbarları bağlanır
15-04-2020, 19:16

“Amazon” onlayn alış-veriş şirkətinin Fransa filialı olan “Amazon France”nin rəhbərliyi öz anbarlarının fəaliyyətini cari ayın 16-dan 20-dək dayandırmaq qərarına gəldi.

NAXCİVANXEBERLERİ.COM “Reuters”ə istinadən xəbər verir ki, dünən Nanterre şəhərinin məhkəməsi çıxardığı qətnamədə “əməkdaşlarının səhhətini qorumaqla bağlı öhdəliklərinə aşkar surətdə əməl etməyən” şirkət üzərinə anbarlarında koronavirus təhlükəsilə bağlı yoxlama aparmaq və həmin müddət ərzində yalnız ilkin tələbat mallarının onlayn alış-verişini həyata keçirmək mükəlləfiyyətini qoyub.

“Məhkəmə qərarına anlayış göstərməyimiz sifarişlərin göndərmə mərkəzlərimizin fəaliyyətini dayandıraraq Fransada milyonlarla insan üçün mühüm əhəmiyyət daşıyan xidmətin fəaliyyətini xeyli məhdudlaşdırmağımız deməkdir”, – deyə şirkətin bugünkü bəyanatında göstərilir.

“Amazon France” həmçinin məhkəmə qərarından apellyasiya verəcəklərini də açıqlayıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930