SON DƏQQƏ

naxcivanxeberleri.com

“Amazon”un rəhbəri bir gündə 6,4 milyard ABŞ dolları qazandı

“Amazon”un rəhbəri bir gündə 6,4 milyard ABŞ dolları qazandı
15-04-2020, 06:07

“Amazon” onlayn alış-veriş portalının səhmlərində baş verən yüksəliş, korporasiyanın təsisçisi və rəhbəri, iş adamı, sərmayədar və xeyriyyəçi Ceff Bezosa (Jeff Bezos) milyardlarla ABŞ dolları qazandırıb.

NAXCİVANXEBERLERİ.COM “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Forbes” jurnalı öz saytında təqdim edib.

Nyu-York əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının nəticələrinə əsasən “Amazon”un səhminin qiyməti 5,4 % bahalaşıb. Beləliklə, korporasiyanın 11,2% səhminin sahibi olan Bezosun səvəti 6,4 milyard ABŞ dolları (təxminən 5%) artaraq 138 milyard ABŞ dollarına çatıb.

Eyni zamanda, milyarderdən boşanması nəticəsində dünyanın ən varlı qadınlarından biri olan Bezosun keçmiş həyat yoldaşı Makenzi Bezosun sərvəti də ticarət sessiyası dövründə 2,2 milyard ABŞ dolları artaraq 44,8 milyard ABŞ dollarına qədər yüksəlib. 

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930