SON DƏQQƏ

naxcivanxeberleri.com

Türkiyədə 90 min məhbus müvəqqəti azadlığa buraxılacaq

Türkiyədə 90 min məhbus müvəqqəti azadlığa buraxılacaq
14-04-2020, 06:08

Türkiyə parlamenti 90 min məhbusun müvəqqəti azad edilməsi barədə qərar qəbul edib.

NAXCİVANXEBERLERİ.COM-un türk KİV-lərinə istinadən verdiyi məlumata görə, tədbir mayın 31-dək etibarlı olacaq, lakin ölkədə koronavirusa yoluxma hallarının sayı artmaqda davam edərsə uzadıla bilər.

Müvəqqəti azadlığa kiçik cinayətlərə görə məhkum edilənlərin, 65 yaşdan yuxarı şəxslərin, həmçinin altı yaşına çatmamış uşaqları olan qadınların buraxılması nəzərdə tutulur. Ağır cinayətlərdə, terror aktlarında, qadınlara qarşı zorakılıqda günahkar bilinənlərə bu qərar şamil edilməyəcək.

Aprelin 13-də, respublikanın ədliyyə naziri Əbdülhəmit Gül, beş həbsxanada məhkumlar arasında 17 yoluxma və üç ölüm hadisəsi barədə məlumat verib. Son məlumatlara görə, Türkiyədə koronavirusa yoluxanların sayı 61 mini keçib, xəstəlikdən 1 296 nəfər dünyasını dəyişib.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930