SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ-da gün ərzində koronavirusdan ən yüksək ölüm qeydə alındı

ABŞ-da gün ərzində koronavirusdan ən yüksək ölüm qeydə alındı
9-04-2020, 09:09

ABŞ-da artıq ikinci gündür koronavirusdan rekord sayda ölüm baş verir.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, gün ərzində Birləşmiş Ştatlarda yeni virusdan 1 973nəfər ölüb. 

Məlumata görə, ABŞ-da COVID-19 infeksiyasına ümumilikdə 430 376nəfər yoluxub. Ölkədə 14 739 nəfər pandemiyanın qurbanı olub, xəstəxanalarda müalicə edilən 23 707 nəfər sağalaraq evə buraxılıblar. 

Qeyd edək ki, bundan əvvəlki antirekord aprelin 7-də qeydə alınıb. Həmin gün Birləşmiş Ştatlarda 1,7 mindən çox insan ölüb. Buna qədərki antikrekord isə aprelin 3-də qeydə alınıb. Aprelin 3-də ABŞ-da 1,4 min insan pandemiyanın qurbanı olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930