SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ və Kanada OPEC+in görüşünə dəvət olunmayıb

ABŞ və Kanada OPEC+in görüşünə dəvət olunmayıb
7-04-2020, 01:54

Aprelin 9-da OPEC+in videokonfrans formatında keçirilməsi nəzərdə tutulan görüşünə ABŞ və Kanada dəvət edilməyib.

NAXCİVANXEBERLERİ.COM “TASS”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Belə ki, görüşə birliyə daxil olmayan 7 ölkə dəvət alıb. Bunlar - Argentina, Braziliya, Norveç, Kolumbiya, Misir, İndoneziya, Trinidad və Tobaqodur.

Videokonfrans zamanı ölkələr neft hasilatını gündə 10 milyon barel azaldılmasını müzakirə edəcək. 10 aprel tarixində isə G20 ölkələrinin energetika nazirləri səviyyəsində görüşü gözlənilir.

Qeyd edək ki, neft bazarının sabitləşdirilməsi məqsədi ilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında görüşünün aprelin 6-da keçirilməsi nəzərdə tutulurdu. Daha sonra görüşün aprelin 9-da keçiriləcəyi bəyan edildi.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930