SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gürcüstanda koronavirusa yoluxanların sayı 170 nəfərə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 170 nəfərə çatdı
5-04-2020, 11:29

Gürcüstanda daha səkkiz nəfərin koronavirusa yoluxması təsdiqlənib. Bu barədə hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 170-ə çatıb, onların 36-sı sağalıb, 1-i isə ölüb.

Hazırda karantində 5 067, stasionar nəzarətdə isə 330 nəfər saxlanılır.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930