SON DƏQİQƏ

naxcivanxeberleri.com

Meksikada koronavirusdan ölənlərin sayı 10% artdı

Meksikada koronavirusdan ölənlərin sayı 10% artdı
4-04-2020, 10:11

Meksikada daha 10 nəfər koronavirusun qurbanı olub.

NAXCİVANXEBERLERİ.COM “Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Beləliklə, Şimali Amerika ölkəsində pandemiyadan ölənlərin sayı 60nəfərə çatıb.

Nazirlik yoluxanların sayının da 1 510-dan 1 688-ə yüksəldiyini vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 117 000-i ötüb. Bunların 228 990 nəfəri sağalıb, 59 203 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930