SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nyu-Yorkda bir gündə 6,6 minə yaxın insan koronavirusa yoluxdu

Nyu-Yorkda bir gündə 6,6 minə yaxın insan koronavirusa yoluxdu
4-04-2020, 09:06

ABŞ-ın Nyu-York şəhərində ümumilikdə koronavirusa 57 159 yoluxma və 1 867 ölüm hadisəsi qeydə alınıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, bu, ABŞ ərazisində ən böyük ölüm faizi və yoluxmadır.

Son bir gün ərzində şəhərdə 6 582 koronavirus testinin nəticəsi müsbət olub, 300-dən çox insan pandemiyadan ölüb. Hazırda xəstəxanalarda daha 11 739 pasiyent var.

Şəhərdə ən pis vəziyyət Kuinsdə müşahidə olunur. Bura həm də ilk infeksiyaya yoluxma hallarının qeydə alındığı yerdir.

Qeyd edək ki, ABŞ-da koronavirus qurbanlarının sayı 7 mini ötüb. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930