SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyədə koronavirusa yoluxanların sayı 20 mini ötdü

Türkiyədə koronavirusa yoluxanların sayı 20 mini ötdü
3-04-2020, 21:54

Türkiyədə son bir gündə 69 nəfər pandemiyanın qurbanı olub. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Kocabildirib.

Onun sözlərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 425 nəfərə yüksəlib.

Nazir deyib ki, daha 2 786 koronavirusa yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 20 921 nəfərə çatıb,

F.Koca vurğulayıb ki, hazırda 1 251 pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilir, indiyədək 484 xəstə isə sağalaraq evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 067 324-ə çatıb. Bunların 226 038 nəfəri sağalıb, 56 729 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930