SON DƏQİQƏ

naxcivanxeberleri.com

İsveçrədə gün ərzində koronavirusa yoluxanların sayı 1000 nəfəri keçib

İsveçrədə gün ərzində koronavirusa yoluxanların sayı 1000 nəfəri keçib
3-04-2020, 20:43

İsveçrədə koronavirusa yoluxma hallarının sayı son gün ərzində 1 036 nəfər artıb, 52 nəfər dünyasını dəyişib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə ölkənin Federal Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, 19 303 nəfərdən götürülmüş testlərdən müsbət nəticələr alınıb, 484 nəfər isə ölüb.

Hakimiyyət orqanları bildirib ki, xəstələrin orta yaşı 53-dür. Məlumata əsasən, infeksiyanın yayılması xəritəsində xəstəlik ən çox İtaliya ilə sərhəd olan Ticino kantonunda qeydə alınıb.

Ərazidə hər 100 min sakinə orta hesabla 668 yoluxma halı düşür. İkinci yerdə Cenevrə (530), Vo(498) kantonları və Basel-Stadt yarımkantonu (433) yer alır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930