SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ-ın onlayn daşınmaz əmlak üzrə şirkəti müştərilərinə kompensasiya ödəyəcək

ABŞ-ın onlayn daşınmaz əmlak üzrə şirkəti müştərilərinə kompensasiya ödəyəcək
31-03-2020, 23:19

ABŞ-ın onlayn daşınmaz əmlak və turizm sektorunda fəaliyyət göstərən “Airbnb” şirkəti koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar rezervasiyaları ləğv olunan ev sahiblərinin zərərlərini kompensasiya etmək üçün 250 milyon ABŞ dolları məbləğində yardım paketi hazırlayır.

NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, bu rəqəm ümumi çıxarış haqqının 25%-ni təşkil edir.

Məlumata görə, yardım paketi Çin istisna olmaqla martın 14-dən - mayın 31-nə qədər rezervasiyaları ləğv olunan ev sahiblərini əhatə edəcək.

Qeyd edək ki, şirkət bu yaxınlarda dünya miqyasında 100 min tibb işçisini pulsuz yaşayış yerləri ilə təmin edəcəyini açıqlamışdı.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031