SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fransada koronavirusa yoluxanların sayı 52,1 min nəfəri ötdü

Fransada koronavirusa yoluxanların sayı 52,1 min nəfəri ötdü
31-03-2020, 21:15

Fransada bir gün ərzində koronavirusa yoluxanların sayı demək olar, 7,5 min nəfər artıb və hazırda 52 128 nəfər təşkil edir.

NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, hazırda koronavirus diaqnozu ilə 22 757 nəfər xəstəxanaya yerləşdirilib. Bu axşam 5 565 ağır xəstə reanimasiyada müalicə olunur.

Jerom Salomonun sözlərinə görə, reanimasiyaya yerləşdirilənlərdən 34%-nin yaşı 60-dan azdır, 60%-i isə yaşı 60-dan 80-ə qədər olanlardır. Hazırda xəstəxanaların bu şöbələrində 30 yaşdan aşağı 68 nəfər müalicə edilir.

"Martın 1-dən xəstəxanalarda 3 523 nəfər ölüb. Həmin tarixdən 9 044 xəstə sağalaraq xəstəxanaları tərk edib. Virusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi miqdarı 52 min 128 təşkil edir", - Salomon əlavə edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930