SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cenevrədə BMT əməkdaşları koronavirusa yoluxdular

Cenevrədə BMT əməkdaşları koronavirusa yoluxdular
31-03-2020, 21:48

Cenevrədə BMT strukturunun doqquz əməkdaşında koronavirusa yoluxma təsdiq edilib.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə ümumdünya təşkilatının Genevrə qərargahının rəsmi nümayəndəsi Alessandra Velluççi çərşənbə axşamı jurnalistlərə bildirib.

"Martın 30-a olan məlumata görə, BMT-nin Cenevrədəki bölməsinin personalı arasında koronavirusa doqquz yoluxmanı təsdiq edib", - o qeyd edib.

Qeyd edək ki, dünyada koronavirus pandemiyası qurbanlarının sayı 40 672 nəfərə çatıb. İnfeksiya indiyədək 201 ölkə və regionda qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasına indiyədək 824 572 insan yoluxub. Virusdan sağalanların sayı 174 359nəfərdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031