SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyada koronavirusdan ölənlərin sayı 40 min nəfəri keçdi

Dünyada koronavirusdan ölənlərin sayı 40 min nəfəri keçdi
31-03-2020, 20:47

Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 40 672 nəfərə çatıb.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-ə istinadən xəbər verir ki, dünyada ən çox ölüm hadisəsi İtaliya (12 428), İspaniya (8 269), ABŞ (3 424), Çin (3 305), Fransa (3 024), İran (2 898), Böyük Britaniya (1 801) və Niderlandda (1 039) qeydə alınıb.

Qeyd edək ki, infeksiya indiyədək 201 ölkə və regionda qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasına indiyədək 824 572 insan yoluxub. Virusdan sağalanların sayı 174 359 nəfərdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930