SON DƏQİQƏ

naxcivanxeberleri.com

Afrikada 5 mindən çox koronavirus hadisəsi aşkar edilib

Afrikada 5 mindən çox koronavirus hadisəsi aşkar edilib
31-03-2020, 18:52

Afrika Birliyi (AB) çərşənbə axşamı epidemiyanın başlamasından bəri “qara qitə”də 5 255 koronavirusa yoluxma hadisəsi qeydə alındığını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə regional təşkilatın gündəlik hesabatında deyilir.

AB-nin məlumatına görə, virus 55 üzvü olan təşkilatın 49 ölkəsinin sakinlərində aşkarlanıb. Xəstəlik nəticəsində 173 nəfər ölüb, 371 nəfər sağalıb.

Ən çox xəstəlik Şimali Afrika ölkələrində müşahidə olunub: Misir və Əlcəzairdə müvafiq olaraq 656 və 582yoluxma hadisəsi qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 803 min nəfərə yaxındır, 39 minə yaxın adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930