SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ-da koronavirusdan ölənlərin sayı 3 min nəfəri ötüb

ABŞ-da koronavirusdan ölənlərin sayı 3 min nəfəri ötüb
31-03-2020, 06:35

ABŞ-da yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 3 min nəfəri ötüb.

NAXCİVANXEBERLERİ.COM-un "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Universitetin məlumatına əsasən, ABŞ-da koronavirusa 163 429 nəfər yoluxub, 3 008 nəfər dünyasını dəyişib, 5 764 nəfər isə sağalıb.

Qeyd edək ki, hazırda ABŞ koronavirusa yoluxanların sayına görə İtaliya, İspaniya və Çini qabaqlayaraq birinci pillədə yer alır.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930