SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əhalisinin sayına görə ən çox koronavirus daşıyıcısı olan ölkə hansıdı?

Əhalisinin sayına görə ən çox koronavirus daşıyıcısı olan ölkə hansıdı?
30-03-2020, 10:00

Dünyanın ən kiçik ölkələrindən olan Lüksemburqda koronavirus daşıyıcısı və qurbanlarının sayı dünyanın ən böyük ölkələrindən sayılan Rusiyadan çoxdur.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 602 000 əhalisi olan Lüksemburqda qeydə alınmış koronavirus daşıyıcılarının sayı 1 950 nəfərdir.

Bu o deməkdir ki, ölkədə hər 308 nəfərdən biri müalicəsi olmayan və sürətlə yoluxan virusun daşıyıcısıdır.

Bundan başqa, Lüksemburqda virusun qurbanlarının sayı 21 nəfərə çatıb.

Müqayisə üçün, virusun yayılmağa başladığı Çinlə sərhədi olan, 144 milyon əhaliyə sahib Rusiyada koronavirus daşıyıcılarının sayı 1 534, qurbanlarının sayı isə 8 nəfərdir. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930