SON DƏQİQƏ

naxcivanxeberleri.com

FIFA klubların üzərinə yeni öhdəlik qoydu

FIFA klubların üzərinə yeni öhdəlik qoydu
26-03-2020, 18:42

FIFA klubların üzərinə oyunçuları və məşqçiləri ilə başa çatmaqda olan müqavilələri cari mövsümün sonunadək uzatma öhdəliyi qoyacaq. NAXCİVANXEBERLERİ.COM-un "The National"a istinadən verdiyi məlumata görə, bununla bağlı hazırlanmış sənədə müvafiq bənd salınıb.

Həmin bənddə göstərilir: "Müqavilə müddəti mövsümün ilkin başa çatma tarixinədəkdirsə, anlaşma yeni yekunlaşma tarixinədək uzadılır".

Eyni prinsip növbəti mövsümə də nəzərdə tutulan müqavilələrə də şamil ediləcək. Onların qüvvəyə minməsi üçün başlanğıc müddət koronavirusa görə dəyişən təqvimə uyğun korrektə olunacaq.

Sənəddə trasfer pəncərəsinin mövsümün yeni keçirilmə müddətlərinə uyğun dəyişdirilməsinə dair tövsiyə də yer alıb. Bildirilir ki, belə dəyişikliklərə maksimal müddəti 16 həftəni keçməyəcəyi təqdirdə icazə vermək lazımdır. FIFA yeni yaradılmış Klublara Dəstək Fondundakı puldan yararlanmaqla onlara maliyyə problemlərinin həllində köməklik göstərə bilər.

Qeyd edək ki, hazırda Avropanın əksər ölkələrinin çempionatları, o cümlədən Azərbaycan Premyer Liqası koronavirus üzündən dayandırılıb. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031