SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çin Gürcüstana 420 min dollarlıq koronavirus testi hədiyyə etdi

Çin Gürcüstana 420 min dollarlıq koronavirus testi hədiyyə etdi
25-03-2020, 20:27

Çinin Gürcüstana hədiyyə etdiyi koronavirusu sürətlə aşkarlayan testlər artıq Tbilisiyə çatdırılıb.

Bu barədə Gürcüstanın Çin Xalq Respublikasındakı səfiri Arçil Kalandiya özünün “Facebook” səhifəsində məlumat yayıb.

O bildirib ki, Siçuan əyaləti rəhbərliyinin təqdim etdiyi koronavirus və digər respirator virusları müəyyən edən testlər və müvafiq avadanlıqların ümumi dəyəri 420 min ABŞ dolları təşkil edir.

Qeyd edək ki, bu testlərdən ilk olaraq azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun sakinləri keçiriləcək.Report

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930