SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahzadə Çarlz koronavirusa yoluxdu

Şahzadə Çarlz koronavirusa yoluxdu
25-03-2020, 15:33

Şahzadə Çarlzın koronavirus testi pozitiv çıxıb.

NAXCİVANXEBERLERİ.COM “Sky News”a istinadən xəbər verir ki, bunu kral ailəsinin iqamətgahından bildiriblər.

Məlumata görə, 71 yaşlı şahzadə Çarlzla yanaşı, onun həyat yoldaşı 72 yaşlı hersoginya Kamilla Parker Boulz da koronavirus testindən keçib. Hersoginyada testin nəticələri neqativ çıxıb.

Bildirilir ki, şahzadə və onun həyat yoldaşı Şotlandiyada təcrid ediliblər. Son həftələr bir çox ictimai tədbirlərdə iştirak edən şahzadə Çarlzın koronavirusa harada yoluxduğu bəlli deyil.

Qeyd edək ki, Böyük Britaniya koronavirusun ən çox yayıldığı 10-cu ölkədir. Ölkədə 8 000-dən artıq insandan virus aşkarlanıb. Pandemiya qurbanlarının sayı isə 422 nəfərdir. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930