SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hindistanda körpəyə koronavirusun şərəfinə ad qoyulub

Hindistanda körpəyə koronavirusun şərəfinə ad qoyulub
25-03-2020, 14:41

Hindistanın Uttar Pradeş ştatında yeni doğulmuş qıza koronavirusun şərəfinə Korona adı qoyulub.

NAXCİVANXEBERLERİ.COM  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Dessan Herald” məlumat yayıb.

Uşağın əmisi Nitesh Tripati jurnalistlərə bildirib ki, virus, şübhəsiz ki, çox təhlükəlidir, amma insanları birləşdirib və sağlam vərdişlərin təbliğinə töhfə verib. Onun sözlərinə görə, indi panikaya qapılmaq yox, həkimlərin və səlahiyyətlilərin tövsiyələrinə əməl etmək vacibdir.

“Bu körpə virusa qarşı mübarizədə insanların birliyinin rəmzi olacaq”, - o deyib.

Korona martın 22-də komendant saatı tətbiq olunmazdan bir neçə saat əvvəl doğulub. Uşaq sağlamdır və anası ilə birlikdə evə buraxılacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930